Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.
Shimal.News xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.
Məlumata görə, itkin şəhidlərdən biri - Nuriyev Yarməmməd Məqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.