top
Xaçmazın heyvan bazarı nə vaxt açılacaq?
19 iyun 2026, 14:00
- ↺ +

Xaçmazın heyvan bazarı nə vaxt açılacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ilin oktyabr ayından etibarən mal-qara arasında dabaq xəstəliyinin yayılması ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərən bir sıra heyvan satışı bazarları bağlanıb.

Hazırda bəzi bazarlar (Binə, Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu) yenidən fəaliyyətə başlasa da, Şimal bölgəsində yerləşən Xaçmaz rayonunun yeganə və ən böyük heyvan bazarının qapıları hələ də bağlıdır.

Bu isə fermerləri çətin vəziyyətə salıb. Bəs görəsən, Xaçmaz bazarının fəaliyyəti nə vaxt bərpa olunacaq?

Məsələ ilə bağlı Shimal.News-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yenidənqurma işlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 12 iyun 2026-cı il tarixində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən, "Şamil" MMC-yə məxsus heyvan bazarında qiymətləndirmə aparılıb.

"Qiymətləndirmə zamanı bazarda bir sıra nöqsanlar aşkarlanıb. Nöqsanların aradan qaldırılması ilə bağlı Agentliyin əməkdaşları tərəfindən müvafiq göstərişlər verilib. Hazırda qeyd olunan heyvan bazarında normativ tələblərin təmin olunması məqsədilə yenidənqurma işləri davam etdirilir. Yenidənqurma işləri tam yekunlaşdırıldıqdan sonra bazarda təkrar qiymətləndirmə aparılacaq və nəticələrə uyğun olaraq bazarın fəaliyyətinin bərpası ilə bağlı müvafiq rəy veriləcək".

Beləliklə, Xaçmaz heyvan bazarının nə vaxt açılacağı hələlik məlum deyil.

 

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər