Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları keçirilib.
İməciliklər zamanı məzarlıqların əraziləri zibildən və lazımsız bitkilərdən təmizlənib, abadlaşdırma istiqamətində işlər görülüb.
Təmizlik işlərində kommunal xidmət işçiləri ilə yanaşı, yerli sakinlər də fəal iştirak ediblər.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində aparılan təmizlik və abadlıq işləri rayonun bütün qəbiristanlıqlarını əhatə edib.