Xaçmaz rayonunun Çarxı kəndinə gedən yolun kənarında yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a danışan vətəndaşların sözlərinə görə, yolboyu ərazi quru ot və tikanlı bitkilərlə örtülüb. Ərazinin müxtəlif hissələrinə tullantıların atılması isə həm ətraf mühit, həm də ümumi görünüş baxımından mənfi rəy yaradır.
Sakinlər bildirirlər ki, tullantıların ərazidə qalaqlanmasının qarşısı alınmasa, yol kənarı getdikcə qeyri-qanuni tullantı poliqonuna çevrilə bilər.
Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirərək təmizlik işləri aparmasını və tullantıların atılmasının qarşısını alacaq tədbirlər görməsini istəyirlər.