Xaçmaz rayonunun Yergüc kəndi ərazisində suvarma kanalı daşıb. Bu barədə ShimalNews 17 fevral tarixində məlumat verir.
Fevralın 16-sı axşam saatlarında Quba-Xaçmaz yolunu (“İntizar Plaza”nın yanı) su basıb. Sürücülər bildirirlər ki, bu hal sutkanın qaranlıq vaxtında müəyyən təhlükə yaradıb.
Samur-Abşeron kanalından başlanğıcını götürən bu suvarma kanalı Xaçmaza qədər bağ sahələrinin su təminatı üçün istifadə olunur.
Əvvəl də bu kimi halın baş verməsi haqda xəbər vermişdik.
[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/02/ShimalNews-1x14-1.mp4"][/video]