Xaçmaz rayonunda məişət tullantıları yola yayılıb. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Quba-Xaçmaz istiqamətində (“İntizar Plaza”nın yanı) xoşa gəlməz mənzərə yaranıb. Suvarma kanalı zibil ilə dolaraq daşıb.

Sakinlər bildirib ki, bu hadisə gecə saatlarında baş verib. Suyun səviyyəsi tez zamanda artıb. Buna görə ətraf kəndlərdən kanala atılan zibil bura axaraq toplanıb. Tullantıların qarşısını alan dəmir çəpərin ötürücülük qabilliyəti bu gədər təzyiq üçün kifayət gədər olmayıb.

Samur-Abşeron kanalından başlanğıcını götürən bu suvarma kanalı Xaçmaza gədər bağ sahələrinin su təminatı üçün istifadə olunur.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News