Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 16 mart tarixində məlumat verir.
Qəza Gəndab-Yalama yolunun Mürşüdoba kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və ağaca çarpılıb. Nəticədə 27 yaşlı sürücü Elvin Əsgərov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.