Xaçmazda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 21 iyun tarixində Report-a istinadən məlumat verir.
Xaçmaz - Şabran yolunda "VAZ-Niva" markalı minik avtomobili və "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə zamanı 63 yaşlı Vaseh Mustafayev, 59 yaşlı Lyudmila Mustafayeva, 35 yaşlı Elvin Əhmədov və 59 yaşlı Nadir Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.