Xaçmazda Ağçayın üzərindən tikilən körpünün inşası davam edir. Bu barədə ShimalNews 7 aprel tarixində məlumat verir.
Sərkərli və Şixhaput kəndlərinin sakinləri bundan öncə keçid üçün yarımçıq dəmir borudan istifadə edirdilər. Onların sözlərinə görə, yağış yağanda yol kəsilirdi.
Daha öncə yerli camaatın bu məsələ ilə bağlı əziyyət çəkdiyini gündəmə gətimişdik.
Artıq 1 aya yaxındır ki, bütün tələblərə cavab verən körpü inşa edilir. Ərazidən olan görüntüləri oxucularımıza təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/04/a2.mp4"][/video]