Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 6 aprel tarixində məlumat verir.
Hadisə aprelin 5-i saat 18:00 radələrində Cəlil Məmmədquluzadə və Orxan Çobanov küçələrinin kəsişməsində baş verib. “VAZ-2107” markalı avtomobil dönmək istəyərkən “Opel” markalı avtomobilə çarpılıb. Yolda tıxac yaranıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alan yoxdur.