Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru, Əməkdar həkim Səyyaf Tağıyev 70 illik yubileyi münasibətilə təltif edilib.
Shimal.News xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yubilyarı qəbul edərək onu təbrik edib, səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Səyyaf Tağıyevə Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.