Xaçmaz-Xudat yolunda qəza baş verib. Bu haqda ShimalNews 21 iyul tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi Müzəffəroba kəndi ərazisində qeydə alınıb. Burada “Toyota Prado” markalı avtomobil “VAZ-2106” markalı avtomobil ilə toqquşub.
Xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar.