top
Xaçmaz İH problem həll olunub dedi, pulu sakinlər verdi-İDDİA
Foto
30 iyun 2026, 10:01
- ↺ +

Xaçmaz İH "problem həll olunub" dedi, pulu sakinlər verdi-İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Hacıəlibəy kəndində kanalizasiya problemi ilə bağlı rəsmi açıqlama ilə sakinlərin dedikləri üst-üstə düşmür.

Shimal.News xəbər verir ki, bir neçə gün əvvəl "PMK" adlanan həmin ərazidə uzun müddətdir baxımsız və antisanitar vəziyyət yaranması ilə bağlı məlumat vermişdik.

Xəbər yayımlandıqdan iki gün sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabından şərh yazılaraq "Məlumat üçün bildiririk ki, aidiyyəti qurum tərəfindən məsələ öz həllini tapmışdır" ifadəsi işlədilib.

Lakin Shimal.News-un əldə etdiyi məlumata görə, problem aidiyyəti qurum tərəfindən deyil, sakinlərin şəxsi vəsaiti hesabına aradan qaldırıldığı iddia olunur.

Vətəndaşların iddiasına əsasən, sakinlər öz aralarında vəsait toplayaraq ümumilikdə 100 manat ödəyiblər və kanalizasiya təmizləyən texnika əraziyə cəlb olunub. Kanalizasiya xətti də məhz bu yolla təmizlənib.

Kənd sakinləri hesab edirlər ki, problemin onların şəxsi vəsaiti ilə həll edilməsinə baxmayaraq, rəsmi qurumun bunu öz fəaliyyəti kimi təqdim etməsi düzgün deyil.

Shimal.News məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırdır.

@shimal.news

Xaçmaz rayonunun Hacıəlibəy kəndində kanalizasiya problemi ilə bağlı rəsmi açıqlama ilə sakinlərin dedikləri üst-üstə düşmür. Shimal.News xəbər verir ki, bir neçə gün əvvəl "PMK" adlanan həmin ərazidə uzun müddətdir baxımsız və antisanitar vəziyyət yaranması ilə bağlı məlumat vermişdik. Xəbər yayımlandıqdan iki gün sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabından şərh yazılaraq "Məlumat üçün bildiririk ki, aidiyyəti qurum tərəfindən məsələ öz həllini tapmışdır" ifadəsi işlədilib. Lakin Shimal.News-un əldə etdiyi məlumata görə, problem aidiyyəti qurum tərəfindən deyil, sakinlərin şəxsi vəsaiti hesabına aradan qaldırıldığı iddia olunur. Vətəndaşların iddiasına əsasən, sakinlər öz aralarında vəsait toplayaraq ümumilikdə 100 manat ödəyiblər və kanalizasiya təmizləyən texnika əraziyə cəlb olunub. Kanalizasiya xətti də məhz bu yolla təmizlənib. Kənd sakinləri hesab edirlər ki, problemin onların şəxsi vəsaiti ilə həll edilməsinə baxmayaraq, rəsmi qurumun bunu öz fəaliyyəti kimi təqdim etməsi düzgün deyil. Shimal.News məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırdır. #shimalnews #şimal #xaçmaz #şikayət

♬ original sound - shimal.news

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər