Xaçmazda piyada yolu obyekt tərəfindən zəbt edilib. Bu barədə ShimalNews-a 28 mart tarixində məlumat verilib.
Bu hal 20 Yanvar və General Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində yaşanır. Piyadaların çox istifadə etdiyi yola pilləkən çıxarılıb. Bu səbəbdən sakinlər avtomobil yolu ilə hərəkət etməli olurlar.
“Bu, bizim üçün təhlükədir. Müvafiq qurumlar bu məsələni nəzarətə götürsə, şad olardıq”, - deyə sakin bildirib.
[caption id="attachment_38864" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_38865" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]