Xaçmaz rayonunda 3 avtomobil toqquşub. Bu haqda ShimalNews 2 fevral tarixində “Oxu.az”a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı prospektində baş verib. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib:
“99-CB-596 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan 77-KV-497 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşına çarpılıb. Qəza nəticəsində “Chevrolet Cruze” markalı avtomobil zərbənin təsirindən 99-KE-771 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı maşına çarpılıb”.
Qəza nəticəsində ölən və xəsarət alan yoxdur. Araşdırma aparılır.
Videogörüntüləri təqdim edirik: