Xaçmaz rayonunda avtomobil qoşqusu alovlanıb. Bu haqda bu gün, 29 mart tarixində Shimal.news Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, qoşquya yığılan 20 ton kömürün 500 kiloqramı və üzərinə çəkilən tent 5 kv.m sahədə yanıb.
Əraziyə yanğınsöndürənlər cəlb ediliblər. Onlar yanğını söndürərək qoşqunun və kömürün qalan hissəsini yanğından mühafizə ediblər.