Xaçmaz rayonunda avtomobil at sürən kişini vuraraq öldürüb. Bu haqda ShimalNews 8 iyul tarixində məlumat verir.
Hadisə Xudat-Nabran yolunda qeydə alınıb. At sürən 38 yaşlı Bəhruz Bayramovu hərəkətdə olan "Nissan" markalı minik avtomobili vurub.
Nəticədə 3 uşaq atası olan Bayramov hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.