top
Tülkülər Zaqatalaya hücum çəkir - VİDEO
16 dekabr 2025, 17:30
- ↺ +

Tülkülər Zaqatalaya hücum çəkir - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər yırtıcı heyvanlar Zaqatala şəhərinin mərkəzində yerləşən Saleh Qocayev küçəsini hədəfə alıblar. 

Apa TV-nin məlumatına görə, həyətyanı sahələrdə saxlanılan toyuqlara tülkülərin hücumu kəskin şəkildə artıb.

Son bir neçə gün ərzində təkrar-təkrar hücumlar baş verib, nəticədə onlarla ev quşu tələf olub. Hadisələr əsasən axşam və gecə saatlarında qeydə alınır.

Sakinlər vurğulayırlar ki, vəhşi heyvanlar şəhər mərkəzində görünürlər. Bu ailələrə, xüsusilə uşaqlara ciddi təhlükə mənbəyidir. Bəzi sakinlər təkcə tülkülərin deyil, meşə pişiyinin də şəhər ərazisində görüldüyünü iddia edirlər. Onların fikrincə, bu vəziyyət şəhərə yaxın meşə zolaqlarında qida çatışmazlığı və mövsümi amillərlə bağlı ola bilər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki, vəhşi heyvanlar yaşayış məntəqələrinə daxil olduqda və ya insanlara, kənd təsərrüfatı heyvanlarına təhlükə yaratdıqda vətəndaşlar 168 çağrı mərkəzinə məlumat verməlidirlər. Rəsmi müraciət daxil olduqda regional ekologiya idarələrinin mütəxəssislərindən və ovçulardan ibarət işçi qruplar yaradılır, təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün müvafiq tədbirlər görülür.

Hazırda Zaqatala sakinləri həm artan maddi zərərdən, həm də təhlükəsizlik məsələsindən ciddi narahatdırlar. Onlar aidiyyəti qurumlardan vəziyyətə operativ müdaxilə olunmasını və yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsini tələb edirlər.

@shimal.news

Son günlər yırtıcı heyvanlar Zaqatala şəhərinin mərkəzində yerləşən Saleh Qocayev küçəsini hədəfə alıblar. Həyətyanı sahələrdə saxlanılan toyuqlara tülkülərin hücumu kəskin şəkildə artıb. Son bir neçə gün ərzində təkrar-təkrar hücumlar baş verib, nəticədə onlarla ev quşu tələf olub. Hadisələr əsasən axşam və gecə saatlarında qeydə alınır. Sakinlər vurğulayırlar ki, vəhşi heyvanlar şəhər mərkəzində görünürlər. Bu ailələrə, xüsusilə uşaqlara ciddi təhlükə mənbəyidir. Bəzi sakinlər təkcə tülkülərin deyil, meşə pişiyinin də şəhər ərazisində görüldüyünü iddia edirlər. Onların fikrincə, bu vəziyyət şəhərə yaxın meşə zolaqlarında qida çatışmazlığı və mövsümi amillərlə bağlı ola bilər. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki, vəhşi heyvanlar yaşayış məntəqələrinə daxil olduqda və ya insanlara, kənd təsərrüfatı heyvanlarına təhlükə yaratdıqda vətəndaşlar 168 çağrı mərkəzinə məlumat verməlidirlər. Rəsmi müraciət daxil olduqda regional ekologiya idarələrinin mütəxəssislərindən və ovçulardan ibarət işçi qruplar yaradılır, təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün müvafiq tədbirlər görülür. Hazırda Zaqatala sakinləri həm artan maddi zərərdən, həm də təhlükəsizlik məsələsindən ciddi narahatdırlar. Onlar aidiyyəti qurumlardan vəziyyətə operativ müdaxilə olunmasını və yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsini tələb edirlər. Mənbə: Apa TV #shimalnews #xacmaz #qusar #quba #xaçmaz #xacmazlilar #xaçmazlılar #xacmazrayonu #хачмаз #ismayilli #ismayıllı #shabran #şabran #siyazan #siyəzən #siyezen #xızı #xizi #şəki #zaqatala #balaken #balakən #qəbələ #qebele

♬ оригинальный звук - shimal.news

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər