top
Şollar su kəmərinin başlanğıcında su problemi: sakinlər 10 aydır susuz qalıb
Video
01 oktyabr 2026, 17:00
- ↺ +

Şollar su kəmərinin başlanğıcında su problemi: sakinlər 10 aydır susuz qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xudatın Su Kəməri qəsəbəsində 10 aydır davam edən içməli su problemi ilə bağlı Shimal.News-un sorğusuna cavab olaraq Azərsu-dan bildirilib ki, sözügedən ərazi Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidmət ərazisinə daxil deyil.

Qurumdan qeyd olunub ki, ərazidə içməli su təminatında yaranmış problem texniki səbəblərlə əlaqədardır.

Bildirilib ki, qəsəbənin dayanıqlı içməli su təminatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməsi və məsələnin növbəti mərhələlərdə həlli nəzərdə tutulur.

***

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Su kəməri qəsəbəsi adlanan ərazidə içməli su problemi yaşanır. Şollar su kəmərinin başlanğıc nöqtəsinin yerləşdiyi, 200-dən çox sakinin yaşadığı qəsəbədəki evlərə su verilişinin təxminən 10 aydır dayandırıldığı bildirilib.

Shimal.News-a danışan sakinlərin sözlərinə görə, qəsəbədə artezian quyusu, nasos və su çəni mövcuddur. Lakin yaşayış məntəqəsinə suyun verilməsini təmin edən əməkdaşın ötən il vəfat etməsindən sonra onun yerinə yeni işçi təyin olunmayıb.

Sakinlər bildirirlər ki, mövcud infrastrukturdan istifadə etməklə qəsəbənin su təminatını bərpa etmək mümkündür. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin indiyədək problemin həlli istiqamətində konkret nəticə əldə olunmayıb.

Sakinlər aidiyyəti qurumlardan qəsəbədə içməli su təminatının bərpa edilməsini və nasosun işlədilməsi üçün məsul şəxsin təyin olunmasını xahiş edirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:31

Qaxda pizzanı yük maşınında bişirirlər - VİDEO

Hadisə
Bu gün, 10:43

Qubada əlini yumaq istəyən kişi su kanalına düşdü - ÖZƏL

Hadisə
Bu gün, 10:16

Xaçmazda ağır qəza: bir ailənin altı üzvü xəsarət aldı - YENİLƏNİB

Cəmiyyət
Bu gün, 09:30

Şimallı igid şəhidlərimizin doğum günüdür

İdman
21 noyabr 2026, 17:21

"Şamaxı" məğlub oldu

Kriminal
21 noyabr 2026, 17:10

Valideyninin məzarını ziyarət üçün avtomobil qaçıran balakənli həbs edilib

Cəmiyyət
21 noyabr 2026, 16:36

Sabahın hava proqnozu

Cəmiyyət
21 noyabr 2026, 15:45

Şəki COP31-də təqdim olundu

İqtisadiyyat
21 noyabr 2026, 15:34

Xaçmazda 3 hektarlıq intensiv meyvə bağı salınıb

Hadisə
21 noyabr 2026, 14:22

Şəkidə 40 yaşlı kişinin meyiti tapılıb

Hadisə
21 noyabr 2026, 14:08

Şəkidə 4 yaşlı uşağı küçə iti dişləyib

Cəmiyyət
21 noyabr 2026, 13:48

Qusarda iki kənddə qaz və elektrik infrastrukturu yenilənir

Cəmiyyət
21 noyabr 2026, 13:37

Xaçmazda kənd məktəbi qəzalı vəziyyətdədir – şagirdlər soyuq siniflərdə dərs keçirlər - VIDEO

İqtisadiyyat
21 noyabr 2026, 12:22

Gələn il orta əmək pensiyasının 640 manat olacağı gözlənilir

Hadisə
21 noyabr 2026, 11:33

Xaçmazda 15 yaşlı məktəbli qız vəfat edib

İqtisadiyyat
21 noyabr 2026, 10:58

Qeydiyyatda olmayan fermerin məhsulundan bu vergi tutula bilər

Cəmiyyət
21 noyabr 2026, 09:54

Qəçrəşə gedən yol dağılıb - sürücülər narazıdır

İdman
21 noyabr 2026, 09:29

"Qəbələ" bu gün səfərdə, "Şamaxı" öz meydanında oynayacaq

İdman
21 noyabr 2026, 00:05

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

İqtisadiyyat
20 noyabr 2026, 17:30

Doqquz ayda 75 üçəm, 2126 əkiz doğulub

Cəmiyyət
20 noyabr 2026, 17:08

Quba RMX-də direktor müavini vəzifəsindən azad edilib

Cəmiyyət
20 noyabr 2026, 15:44

Quba Soyqırımı Muzeyi dövlət mühafizəsinə götürülüb

Kriminal
20 noyabr 2026, 14:54

Xaçmazda brakonyerlərdən 29 nərə balığı aşkarlandı

Hadisə
20 noyabr 2026, 14:36

Şəkidə iki avtomobil toqquşub - VİDEO

Oxşar xəbərlər