top
Şimallı igid şəhidlərimizin doğum günüdür
09 sentyabr 2026, 09:51
- ↺ +

Şimallı igid şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlərimiz - Aşurəli Zərbəliyev, Kənan Ağayev və İzzət Hümmətovun doğum günüdür.

Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olub. 2005-2014-cü illərdə Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində təhsil alıb.

2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Ordusunun əsgəri Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşan Aşurəli Zərbəliyev oktyabrın 11-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Kənan Vahid oğlu Ağayev 2002-ci il sentyabrın 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub. Oğuz rayonunun İntizam Rəhimov adına Qumlaq kənd orta məktəbində orta təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kənan Ağayev 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Xocalı rayonunda şəhid olub.

Kənan Ağayev ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İzzət Müşviq oğlu Hümmətov 1996-cı il sentyabrın 9-da Şabran rayonunun Uzunboyad kəndində anadan olub.

2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2019-cu ildə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.

Azərbaycan Ordusunun əsgəri İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

İzzət Hümmətov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər