Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar bəzi rayonlar üzrə sarı xəbərdarlıq yayıb.
Shimal.News xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Məlumata görə, küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.
Sakinlərə və sürücülərə güclü külək zamanı ehtiyatlı olmaları tövsiyə olunur.