Şəki-Zaqatala iqtisadi rayonunda ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin ən çox üz tutduğu universitetlər məlum olub.
Shimal.News xəbər verir ki, statistikaya əsasən, region üzrə abituriyentlərin seçimlərində əsas üstünlük Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə verilib.
Rayonlar üzrə göstəricilər belədir:
Balakən – abituriyentlərin çoxu Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)nə qəbul olub.
Qax – ən çox qəbul Bakı Dövlət Universitetinə qeydə alınıb.
Qəbələ – abituriyentlər əsasən Bakı Dövlət Universitetini seçiblər.
Oğuz – ən çox qəbul Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə olub.
Şəki – ən çox qəbul Azərbaycan Dövlət Pedaqoji Universitetinə olub.
Zaqatala – abituriyentlərin əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub.
Mütəxəssislərin fikrincə, nəticələr Şəki-Zaqatala bölgəsində gənclərin daha çox iqtisadiyyat, pedaqogika və klassik ali təhsil istiqamətlərinə maraq göstərdiyini nümayiş etdirir.