Şamaxı rayonunun Dədəgünəş kəndində yerləşən Piri-Sultan Dədəgünəş türbəsinin ətrafında antisanitar vəziyyət yaranıb.
Məlumata görə, dini ziyarətgahın ətrafındakı yaşıllıq ərazi müxtəlif məişət tullantıları ilə zibillənib. Nəticədə ərazidə xoşagəlməz mənzərə yaranıb, ətrafa isə üfunətli qoxu yayılır.
Şikayətçinin sözlərinə görə, sözügedən türbə Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi-mədəni abidələrdən biridir. Buna baxmayaraq, ərazinin baxımsız qalması ziyarətçilərin və kənd sakinlərinin narazılığına səbəb olur.
Sakinlər aidiyyəti qurumlardan ərazinin tullantılardan təmizlənməsini, ziyarətgahın ətrafında müntəzəm təmizlik işlərinin aparılmasını və bu cür halların təkrarlanmaması üçün nəzarətin gücləndirilməsini xahiş edirlər.
Mənbə: Avtosfer.az