Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri kanalizasiya xəttinin olmamasından şikayətləniblər.
Sakinlərin sözlərinə görə, qəsəbənin bəzi küçələrində kanalizasiya sistemi yoxdur. Bu səbəbdən çirkab suları küçələrə axıdılır və ərazidə antisanitar vəziyyət yaranır.
Onlar problemin təxminən 30 ildir davam etdiyini bildirirlər.
Sakinlərin iddiasına görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Bildirilir ki, qəsəbə üçün yeni kanalizasiya layihəsi də hazırlanıb. Lakin onların sözlərinə görə, layihənin icrası təxminən 10 ildir ki, həyata keçirilmir.
Video: BakuTv