Bəzi şimal rayonlarında küləkli və yağıntılı hava şəraiti davam edir, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-nə olan məlumatında qeyd edilib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Zaqatalada 23, Şəkidə 18, Şahdağda 15 m/s-yə çatır.
Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.
Balakən, Qrız, Quba, Şamaxı və Zaqatalada yağış yağır, şimşək çaxır.