Mayın 22-nə olan məlumata əsasən əksər şimal rayonlarında yağıntılı hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb.
Qeyd edək ki, qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, İsmayıllıda 10, Qəbələdə 8, Qrız, Ağsuda 7, Quba, Xınalıqda 5, Xızıda 4, Xaltan, Şabran, Xaçmazda 1 mm-dir.