Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2026-cı il məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.
Shimal.News xəbər verir ki, Xaçmaz rayonunun Mürşüdoba kənd tam orta məktəbinin məzunları yüksək balları ilə seçiliblər.
Belə ki, Gülbənd Həsənova qəbul imtahanında 642 bal, Arif Babayev 599,9 bal, Özcan Əmirov isə 460,6 bal toplayıb.
Qeyd edək ki, əldə olunan nəticələr Mürşüdoba kənd tam orta məktəbinin builki məzunlarının uğurlu göstəricilərindən hesab olunur.