Qəzada ölən şəxslərin kimliyi məlum olub. Onlar Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlərdir.
Hadisə Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
***
Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un məlumatına görə, "VAZ 21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. Onların qardaş olduğu bildirilir.
Hazırda fakt araşdırılır.