Bu gün şəhid İkraməddin Arazovun doğum günüdür.
İkraməddin Qüdrət oğlu Arazov 2001-ci il sentyabrın 7-də Qusar rayonunun Urva kəndində anadan olub.
O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
İkraməddin Arazov oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi uzun müddətdən sonra tapılıb və 2021-ci il yanvarın 15-də Urva kəndində dəfn olunub.
Şəhid İkraməddin Arazov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.