top
Qusarın icra başçısı rəqəmsal inkişafa əngəl yaradır?
01 iyun 2026, 17:00
- +

Qusarın icra başçısı rəqəmsal inkişafa əngəl yaradır?

Azərbaycan hökuməti son illərdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində milyardlarla manatlıq layihələr həyata keçirir. Məqsəd sadədir: vətəndaş dövlət qurumlarının qapılarında növbə gözləməsin, arayış və xidmətləri bir neçə kliklə əldə etsin. Bu siyasətin əsas dayaqlarından biri isə ölkənin ən ucqar kəndlərinə qədər internet və mobil rabitə infrastrukturunun çatdırılmasıdır. Lakin görünən odur ki, bəzi rayonlarda dövlətin rəqəmsal inkişaf strategiyası yerli səviyyədə müqavimətlə üzləşir.

Musavat.com-un məlumatına görə, Qusar rayonunda həyata keçirilən rabitə infrastruktur layihəsinə yaradılan maneələr artıq təkcə bir şirkətin deyil, dövlətin rəqəmsallaşma proqramının taleyi ilə bağlı suallar doğurur. Söhbət Həsənqala kəndi istiqamətində mobil rabitənin gücləndirilməsi məqsədilə çəkilən fiber-optik rabitə xəttindən gedir.

Layihə "Ultranet" şirkəti tərəfindən icra olunur. Şirkət nümayəndələrinin bildirdiyinə görə, bütün texniki sənədlər və razılaşdırmalar mövcud olduğu halda, quraşdırılmış rabitə dirəklərinin bir hissəsi sonradan yerindən çıxarılıb, bəziləri isə ümumiyyətlə, yoxa çıxıb.

"Biz layihə üzrə dirəkləri quraşdırmışdıq. Sonradan gəlib onları çıxarıblar. Təxminən 20-25 dirək sökülüb. Hətta bəziləri yoxa çıxıb. Bununla bağlı foto və digər sübutlarımız var", - deyə layihə nümayəndəsi bildirib.

Şirkət qeyd edir ki, yaradılan maneələr təsadüfi deyil. Onların sözlərinə görə, məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüş keçirilib və həmin görüşdə başçı layihənin davam etdirilməsinə qarşı açıq etiraz mövqeyi nümayiş etdirib. 

Söhbət kommersiya maraqlarından deyil, dövlətin rəqəmsal transformasiya proqramının tərkib hissəsi olan layihədən gedir. Bu gün MyGov platforması vasitəsilə milyonlarla vətəndaş şəxsiyyət vəsiqəsi məlumatlarından sosial ödənişlərə, müxtəlif dövlət arayışlarından elektron kabinetlərə qədər onlarla xidmətdən istifadə edir. Lakin bu xidmətlərin kəndlərdə əlçatan olması üçün ilk növbədə mobil rabitə və internet infrastrukturu qurulmalıdır. Başqa sözlə, Həsənqalada sökülən dirəklər kənd sakinlərinin rəqəmsal dövlət xidmətlərinə çıxış imkanlarını təmin edən infrastrukturun bir hissəsidir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihəyə ciddi maliyyə vəsaiti yatırılıb. Texnika cəlb olunub, işçi qüvvəsi səfərbər edilib, materiallar daşınıb. Sonradan dirəklərin yerindən çıxarılması həm maddi zərərə, həm də işlərin gecikməsinə səbəb olub. 

Maraqlıdır ki, eyni layihələr Şabran və Siyəzən rayonlarında problemsiz həyata keçirildiyi halda, çətinliklər məhz Qusarda ortaya çıxıb. Bu isə sual yaradır - niyə dövlət səviyyəsində dəstəklənən rəqəmsallaşma layihəsi məhz Qusarda yerli müqavimətlə qarşılaşır?

Dövlətin elektron hökumət strategiyasına, kəndlərin rəqəmsal inkişafına və vətəndaşların "MyGov" üzərindən xidmət alma imkanları niyə bu şəkildə məhdudlşadırılır?

Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinin mövqeyi də öyrənilib. Qurumun ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini-sektor müdiri Eldar Hacıbalayev Həsənqala kəndində internet dirəklərinin mövcud olduğunu bildirsə də, yeni quraşdırılmış dirəklərin hansı səbəbdən sökülməsi ilə bağlı suala aydın cavab verməyib. Sual isə açıq qalır - dövlət kəndləri internetlə təmin  etməyə çalışdığı halda, Qusarda kim və hansı səbəbdən bu prosesin qarşısını alır? Dövlətin rəqəmsal transformasiya proqramı ilə yerli feodal təfəkkürü arasında qarşıdurma yaranıbsa, aidiyyəti qurumlar buna münasibət bildirəcəkmi?




Son xəbərlər

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
14 sentyabr 2026, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
14 sentyabr 2026, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
14 sentyabr 2026, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
14 sentyabr 2026, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
14 sentyabr 2026, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
14 sentyabr 2026, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Oxşar xəbərlər