top
Qusarda su və meliorasiya layihələrinə yerində baxış keçirilib
Foto
Bu gün, 10:45
- +

Qusarda su və meliorasiya layihələrinə yerində baxış keçirilib

Qusar rayonunda su və meliorasiya infrastrukturunun inkişafı, həmçinin güclü leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən və planlaşdırılan işlərə yerində baxış keçirilib.

Shimal.News xəbər verir ki, icra başçısı Sahir Məmmədxanovun dəvəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və tabeli qurumların nümayəndələri baxışda iştirak ediblər.

Səfər zamanı mart-aprel aylarında yağan intensiv yağışların zərər vurduğu ərazilər nəzərdən keçirilib, mövcud vəziyyət, görülən bərpa tədbirləri və qarşıda duran işlər müzakirə olunub.

Samur çayının Yuxarı Zeyxur kəndi ərazisində sel sularının sahil torpaqlarını yuması və digər fəsadlar qiymətləndirilib. Həmçinin zərər görmüş kənd təsərrüfatı sahələri və fermer təsərrüfatlarının vəziyyəti müzakirə edilib.

Daha sonra Yuxarı Qələnxur kəndində dağılmış və bərpası mümkün olmayan suvarma arxının əvəzinə su təminatının yaradılması üçün nəzərdə tutulan nasosxananın tikinti ərazisinə baxılıb. Layihənin həyata keçirilməsi imkanları və görüləcək işlər nəzərdən keçirilib.

Zuxul kəndində intensiv yağıntılar səbəbindən dağılmış kanalın bərpası, Hil kəndində isə çay sahilində sahilbərkitmə işlərinin aparılması və mühafizə bəndlərinin inşası ilə bağlı layihələr müzakirə olunub.

Səfərin sonunda Avaran kəndində həyata keçirilən içməli su layihəsi ilə tanışlıq olub.



Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:13

Qusarda bələdiyyə sədri cərimələndi

Cəmiyyət
Bu gün, 11:36

Niderlandlı turistin Şəkidə xilasetmə əməliyyatı: Səfirlikdən təşəkkür

Cəmiyyət
Bu gün, 10:20

Təmir olunan məktəbdə təhsil niyə davam etmir? - Xudatdan şikayət

Cəmiyyət
Bu gün, 09:03

Şabran sakini həyat yoldaşının ölümünün araşdırılmasını tələb edir

Siyasət
Dünən, 17:53

Şimalın pensiya alan icra başçıları

İdman
Dünən, 16:55

"Şamaxı"nın oyununa 4 mindən çox bilet satılıb

Hadisə
Dünən, 16:09

Şimali Kiprdə batan gəmi: Xaçmaz sakini həbs edildi

Kriminal
Dünən, 15:11

Qəbələnin Laza kəndinin yolunu sel yuyub

Hadisə
Dünən, 14:28

Şabran sakini qəfil vəfat edib

İdman
Dünən, 14:05

Şamaxıda balıq ovu üzrə çempionat keçiriləcək

İdman
Dünən, 13:30

Qusarın kəndlərində futbol həyəcanı davam edir

İqtisadiyyat
Dünən, 12:30

Bu həkimlər 3 min manat əməkhaqqı alacaq

Cəmiyyət
Dünən, 11:50

Şimalın bu bölgəsində 18 məzun fərqlənib

Hadisə
Dünən, 11:10

Xaçmazdakı qəzada ölən Elşənin fotosu

Hadisə
Dünən, 10:36

Tiktoker "Çevik" Qəbələdə döyüldü

Cəmiyyət
Dünən, 09:44

Şəkidə sahibsiz itlər sakinləri qorxu içində saxlayır

Hadisə
Dünən, 09:02

Şamaxıda zəlzələ oldu

Cəmiyyət
01 sentyabr 2026, 17:50

Şəhid anası dəfn edildi – Xaçmazda KƏDƏRLİ VİDА

Cəmiyyət
01 sentyabr 2026, 17:00

Əsrlərin yaddaşını daşıyan Xınalıqdan FOTOREPORTAJ

İdman
01 sentyabr 2026, 16:09

Ağsulu əməkdar məşqçi vəfat edib

Kriminal
01 sentyabr 2026, 15:39

Qusarda sakinə "kəllə" vuran gənc cəzalandırıldı

Cəmiyyət
01 sentyabr 2026, 14:53

"ASAN Səyyar" Xaçmaza gəldi

Cəmiyyət
01 sentyabr 2026, 13:56

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Oxşar xəbərlər