top
Qusarda kənd təsərrüfatı ilə bağlı iclas keçirilib
Foto
25 iyun 2026, 10:30
- ↺ +

Qusarda kənd təsərrüfatı ilə bağlı iclas keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Shimal.News xəbər verir ki, icra başçısı Sahir Məmmədxanovun sədrliyi ilə keçirilən iclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlər əsas müzakirə mövzusu olub.

Eyni zamanda, iyunun 16-da Quba şəhərində keçirilmiş regional müşavirədə səsləndirilən tapşırıqlar və onların Qusar rayonunda icrası ilə bağlı görüləcək işlər də nəzərdən keçirilib.

İclasda kənd təsərrüfatında məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, məhsulların emalı və logistika imkanlarının genişləndirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Qusarın kənd təsərrüfatı potensialından daha səmərəli istifadə, heyvandarlığın inkişafı, örüş və otlaq sahələrinin idarə olunması, eləcə də su təminatının yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İcra başçısı Sahir Məmmədxanov aidiyyəti qurum rəhbərlərinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin rayonda operativ və əlaqələndirilmiş şəkildə icrasını təmin etməyi, fermerlərin müraciətlərinə həssas yanaşmağı və aqrar sahənin inkişafına xidmət edən layihələrin vaxtında reallaşdırılmasını tapşırıb.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər