top
Qusarda əlilliyi olan uşaqlara dəstək genişləndirilir
Foto
16 iyul 2026, 10:56
- ↺ +

Qusarda əlilliyi olan uşaqlara dəstək genişləndirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda əlilliyi olan və çətin həyat şəraitində yaşayan uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni layihələrin icrasına başlanılıb.

Shimal.News xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr 2026-cı il iyunun 1-dən dekabrın 31-dək davam edəcək.

Layihələrdən biri olan "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" çərçivəsində Qusarda yaradılan Sosial Reabilitasiya Mərkəzində ümumilikdə 50 uşağa xidmət göstərilməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 24 əlilliyi təsdiq olunmuş uşaq gündəlik reabilitasiya və sosial xidmətlərdən yararlanır, yeni müraciətlərin qəbulu isə davam edir.

Mərkəzdə uşaqlara psixoloji dəstək göstərilir, müxtəlif inkişaf dərnəkləri təşkil olunur, onların özünəxidmət bacarıqlarının artırılması, bilik və bacarıqlarının inkişafı, cəmiyyətə inteqrasiyası istiqamətində fərdi proqramlar əsasında iş aparılır.

İyulun 15-də Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev Sosial Reabilitasiya Mərkəzində olub, burada yaradılan şəraitlə tanış olub. O, mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək bu cür sosial layihələrin dövlət tərəfindən daim dəstəkləndiyini vurğulayıb.

Səfər çərçivəsində Qusar Rayon İcra Hakimiyyəti tərəfindən mərkəzə müasir əlil arabası hədiyyə olunub. Görüş zamanı valideynlərlə də söhbət aparılıb, onların təklif və müraciətləri dinlənilib. Valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər