Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqlarının satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Shimal.News xəbər verir ki, tenderin yekun qiyməti 12 620 manat təşkil edib.
Satınalma çərçivəsində icra hakimiyyəti üçün ümumilikdə 12 dövlət bayrağı alınacaq. Onlardan 7-si 10x20 metr, digər 5-i isə 1,5x3 metr ölçüsündə olacaq.
Ən böyük ölçülü bayraqların hər birinin sahəsi 200 kvadratmetr təşkil edəcək. Digər bayraqlar isə 4,5 kvadratmetr ölçüsündə olacaq.