Xalq arasında belə bir deyim var: "Bar gətirməyən ağaca "kəsəcəyəm" desən, həmin il bar verər".
Bizim.Media-nın məlumatına görə, Qusar şəhər sakini Canəli Hörmətov bu deyimin həqiqət olduğuna şəxsən şahid olub.
O, həyətyanı sahəsində 10 ildir bar verməyən gavalı ağacını kəsmək istəyib. Bundan sonra ağac gözlənilməz şəkildə bol məhsul verib. Üstəlik, hazırda ikinci dəfə çiçəkləyib. Bu da təəccüb doğurub.