Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin şagirdi Orxan Qasımov Respublika Fənn Müsabiqəsinin (RFM) final mərhələsində 99 bal toplayaraq məktəb tarixində bir ilkə imza atıb.
Bu uğur münasibətilə məktəb kollektivi Orxan Qasımovu və onun informatika müəllimi Rövşən Zamanovu təbrik edib.
Məktəbdən bildirilib ki, şagirdə gələcək təhsil həyatında yeni uğurlar arzulayır, onun bu nailiyyətində əməyi olan hər kəsə təşəkkür edirlər.
Orxan Qasımovun qazandığı yüksək nəticə məktəb kollektivi tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.