Xaçmaz-Quba istiqamətində hərəkət edən avtomobil qəzaya düşüb. Bu barədə ShimalNews 28 mart tarixində məlumat verir.
Hadisə Alekseyevka kəndi ərazisində martın 27-si saat 23:00 radələrində qeydə alınıb. İdarəetməni itirən sarı rəngli taksi dirəyə çarpılıb. Nəticədə yeni quraşdırılan dirək yerindən çıxıb, avtomobil isə yararsız hala düşüb.
Əraziyə polis əməkdaşları və evakuator avtomobili cəlb edilib.