Quba rayonunun Qarapanlı kəndində evlərdən birinin dam örtüyünün üzərinə avtomobil düşüb.
Shimal.News xəbər verir ki, hadisə avqustun 22-də axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, sürücü avtomobili sürətlər qutusunu neytral vəziyyətdə qoyaraq tərk edib. Bir müddət sonra avtomobil naməlum səbəbdən hərəkətə gəlib, yol kənarındakı evə çırpılaraq dam örtüyünün üzərinə düşüb.
Hadisə zamanı avtomobildə və evdə heç kim olmayıb. Xəsarət alan yoxdur.