Qubada avtomobil qəzasında 1 nəfər dünyasını dəyişib. Bu barədə ShimalNews 21 aprel tarixində Daxil İşlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə aprelin 20-si saat 18:00 radələrində Pirvahid kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə çarpılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən “06”-nın sürücüsü X.Allahverdiyev dünyasını dəyişib.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.