top
Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur
Video
12 sentyabr 2026, 11:52
- ↺ +

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Qırmızı qəsəbəsində yaşayan dağ yəhudiləri Roş ha-Şana bayramını qeyd edirlər. Onlar yəhudi təqvimi ilə 5787-ci ili qarşılayırlar.

Shimal.News xəbər verir ki, qəsəbə sakinləri sinaqoqa gələrək dualar oxuyur, dini ayinlərini yerinə yetirirlər.

Dağ Yəhudiləri Dini İcmasının sədri Pisax İsakov Roş ha-Şana bayramının mənasından danışıb. Onun sözlərinə görə, "Roş" "baş" deməkdir və ilin başlanğıcını ifadə edir:

"Bu bayramın adı Roş ha-Şanadır. Roş baş deməkdir. İlin başı. Yəni ilin əvvəli yəhudi təqvimi ilə Tişri ayının birinə təsadüf edir. İlin əvvəlidir və ayın birindən onuna kimi hər bir yəhudi Allaha müraciət eləyib, öz günahlarının bağışlanmasını istəyir. Biz yəhudilər inanırıq ki, Allah tərəfindən bu günlərdə hər bir insanın, hər bir yəhudinin taleyi həll olunur.

Bayram süfrəsi əlbəttə ki, bol olur. Ən əsası süfrədə bal və alma olmalıdır. Bu gecə biz alma dilimini bala batıraraq yeməliyik ki, gələn ilimiz xoş, şirin keçsin. Yom Kipur bayram günlərinin cərgəsinin finalıdır. Yom Kipurda oruc tutulur. Yom Kipurda hər bir insan sinaqoqa gəlir, burada dua edir".

İcma sədri dağ yəhudilərinin dini adət-ənənələrini əsrlərdir qoruyub saxladıqlarını, Azərbaycanda müxtəlif dini icmalar arasında qarşılıqlı hörmətin mövcud olduğunu da vurğulayıb.

"Yəhudilər özlərinin dini adət-ənənələrini əsrlər qoruyub saxlayıblar. Yəhudilər tərəfindən azərbaycanlıların, müsəlmanların dini bayramlarına hörmətlə yanaşılıb. Azərbaycanlılar da bizim dini bayramlarımıza gəliblər, bizi təbrik ediblər. Bir süfrə arxasında əyləşmişik, deyib-gülüb qardaşcasına da ayrılmışıq və bu ənənə bugünkü günə qədər də davam edir".

P.İsakov Roş ha-Şana ilə bağlı ailə ənənələrindən də danışıb. Onun sözlərinə görə, bayram günü ananın şərəfinə iki şam yandırılır, bəzi ailələrdə isə digər ailə üzvləri üçün də şam yandırılması adəti var.

Bayram mərasimləri çərçivəsində ailədə böyük oğlan uşağı üçün xoruz kəsilməsi, qurbanın ailələr arasında bölüşdürülməsi və çörək paylanması kimi ənənələrin də yaşadıldığı bildirilir.

Mövzu ilə bağlı Baku TV-nin videosunu təqdim edirik:

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər