Quba şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 5 fevral tarixində məlumat verir.
Qəza “Nord” hospitalın qarşısında fevralın 5-də qeydə alınıb. “Toyota Land Cruiser” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis və sığorta əməkdaşları cəlb olunublar.