Quba rayonunda yerləşən örüş sahəsində avtomobil adamı vuraraq öldürüb. Bu barədə ShimalNews 5 fevral tarixində məlumat verir.
72 yaşlı Xarovşa kənd sakini Ağarza Məmmədov "VAZ 2106" markalı avtomobili ilə piyada Zahidə Həsənovanı vurub. Nəticədə qadın vəfat edib.
Məlumata görə, Ağarzanın sürücülük vəsiqəsi yoxdur və hadisə torpaq yolda baş verib.