Qubada “Mercedes” markalı avtomobil aşaraq, yararsız hala düşüb. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Hadisə Quba-Qusar yolunda saat 22:00 radələrində baş verib. Şahidlərin sözlərinə görə, Qırmızı Qəsəbənin üst tərəfindən keçən ərazidə maşın dərəyə aşıb. Sürücü xəsarət almayıb və bildirib ki, onun üzərinə digər avtomobil sürüb. Bu vaxt toqquşmanın qarşısını almaq üçün o, manevr edib və aşıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.