Qubada saat 13:50 radələrində zəncirvari qəza qeydə alınıb. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində “Grand” marketin qarşısında baş verib. “VAZ-2107”, “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Xəsarət alan yoxdur.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Şahidlər qəzaya səbəbin ara məsafəsinin saxlanılmaması olduğunu bildiriblər.
[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/03/ShimalNews-1x1_1.mp4"][/video]