Qubada sel bir neçə yaşayış məntəqəsinin yollarını dağıdıb. Bu barədə ShimalNews 5 iyul tarixində Bizim.Media-ya istinadən məlumat verir.
11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov bildirib ki, Çayqovuşan-Yerfi, Çayqovuşan-Adur, Qayadal,Talışı və Dərk yolu yararsız hala düşüb.
İyunun 23-də selin dağıtdığı Yerfi körpüsü bu dəfə də zərər çəkib. Hazırda yol idarəsinin 6 texnikası və işçi qüvvəsi fəsadların aradan qaldırılması ilə məşğuldur. Yollar qismən açılsa da, tam bərpa üçün işlər davam etdirilir.