top
Quba-Xaçmaz yolu: 2 rayon, 2 fərqli yanaşma
Video
18 iyul 2026, 14:45
- ↺ +

Quba-Xaçmaz yolu: 2 rayon, 2 fərqli yanaşma

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz avtomobil yolu yenə sürücülərin müzakirəsinə səbəb olub.

Shimal.News-a danışan sakinlərin sözlərinə görə, bölgənin ən işlək yollarından hesab olunan, Quba və Xaçmaz şəhərlərini birləşdirən 27 kilometrlik yolun vəziyyəti rayonlar üzrə fərqlənir.

Bildirilir ki, yola sonuncu dəfə təxmini 6 il öncə bir qat asfalt örtüyü çəkilib və həmin vaxt ikinci qatın sonradan salınacağı vəd olunub. Bir müddət sonra Quba rayonu ərazisinə düşən Barlı qəsəbəsindən Quba şəhərinədək olan hissəyə ikinci qat asfalt döşənib, yol nişanlanıb və hərəkət üçün əlverişli vəziyyətə gətirilib.

Lakin Xaçmaz rayonu ərazisinə düşən - Hacıəlibəy kəndindən Xaçmaz dairəsinədək olan hissədə ikinci qat asfalt hələ də vurulmayıb. İllər ötüb və yalnız indi həmin hissədə yol nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

Sakinlər görülən işi müsbət qiymətləndirsələr də, hesab edirlər ki, yolun tam təmiri başa çatdırılmalı və ikinci qat asfalt da çəkilməlidir.

Onların sözlərinə görə, yol gecə saatlarında işıqlandırılmır, dumanlı havalarda isə nişanlanma xətləri sürücülərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Quba rayonu ərazisində kəndlərdən keçən hissələrdə işıqlandırma dirəklərinin quraşdırıldığı, Xaçmaz rayonu hissəsində isə belə infrastrukturun olmadığı bildirilir.

Sürücülər aidiyyəti qurumlardan yolun Xaçmaz rayonu ərazisinə düşən hissəsinin də tam şəkildə yenilənməsini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər