Quba-Xaçmaz bölgəsini əhatə edən rayonlarda bərk məişət tullantılarının idarə olunması sistemi dövlət-özəl tərəfdaşlığı əsasında qurula bilər.
Shimal.News xəbər verir ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiqlənib.
Siyahıya tullantıların toplanması, daşınması, çeşidlənməsi və zərərsizləşdirilməsi sisteminin yaradılmasını nəzərdə tutan layihə də daxil edilib.
Layihə çərçivəsində sanitar poliqon və tullantıların ötürülməsi məntəqələrinin yaradılması planlaşdırılır. İlkin hesablamalara görə, layihənin ehtimal olunan miqyası ildə 170 min ton, istismar müddəti isə 20 il olacaq.