Quba şəhərində iki nəqliyyat vasitəsi toqquşub. Bu haqda ShimalNews 3 oktyabr tarixində məlumat verir.
Hadisə saat 13:30 radələrində Əliqulu Nərimanov və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində qeydə alınıb. Burada “VAZ-21099” markalı avtomobil “AzSamand” markalı avtomobilə çarpılıb. Xəsarət alan olmayıb.
Əraziyə YPX əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, qəza “VAZ” “AzSamand”ın qaşısına çıxan zaman baş verib.