Qubada uzun müddətdir qəzalı olan dirək təmir edilmir. Bu barədə ShimalNews 14 iyun tarixində məlumat verir.
Bu hal Yusif Qasımov küçəsində (28 May Parkının qarşısında) müşahidə olunur. Elektrik xətlərini saxlayan dəmir boru qəza nəticəsində deformasiyaya uğrayıb. Onun bünövrəsində boşluq əmələ gəlib.
Sakinlər müraciətlərində bildiriblər ki, parkda istirahətə gələnlərin həm özlərinə, həm də avtomobillərinə zərər dəyə bilər.