Qubada saat 15:40 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
Hadisə Əliqulu Nərimanov küçəsində baş verib. “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “Mercedes” ara məsafəsini gözləmədiyindən qəza baş verib.